G20 ölkələri virusla mübarizəyə 21 milyard dollar ayıracaqlar

G20 ölkələri koronavirusla mübarizəyə 21 milyard dollardan artıq pul ayıracaqlar.

Müstəqil.AZ  bildirir ki, bu barədə G20-nin rəsmi saytında məlumat verilib.

Məlumatda bildirilir: “G20 dəvət olunmuş ölkələrlə birlikdə COVID-19 pandemiyasına qarşı mübarizəni dəstəkləmək üçün qlobal səyləri əlaqələndirib. Bu gün üçün G20 üzvləri və dəvət olunan iştirakçı-ölkələr qlobal səhiyyə sahəsini maliyyələşdirmək üçün 21 milyard dollardan çox pul ayırmağı öhdələrinə götürüblər”.

Qeyd edilir ki, G20 tərəfindən verilən bütün vəsaitlər koronavirus infeksiyasının yayılmasının qarşısını almağa yönəlmiş proseslərə, xüsusilə diaqnostika, vaksinin hazırlanması, koronavirus xəstələrinin müalicəsi və müxtəlif tədqiqatlara cəlb ediləcək.

Müstəqil.AZ

Share: