Gənc yazıçı Afaq Azərin ilk kitabı işıq üzü gördü

Gənc yazıçı Afaq Azərin “Mənim tənha gözəlim” adlı ilk kitabı işıq üzü görüb (“Elm və təhsil” nəşriyyatı – 2024. 400 səh.)  Kitabda “Mənimsən” və “Mənim tənha gözəlim”adlı bir cüt roman yer alıb. Hər iki roman bəşəri sevgidən və qadın mətanətindən bəhs edir. Və hər iki romanda müəllif oxuculara “Dünyanı sevgi xilas edəcək” mesajını verir.

Xatırladaq ki, Gürcüstan Respublikasının Bolnisi rayonu Faxralı kəndində anadan olan müəllif 2015-ci ildən yazmağa başlayıb.  Əsərləri sosial şəbəkədə  geniş yayılıb və oxucu kütləsi tərəfindən sevilir. Yazdığı romanlar 2019-cu ildən hissə-hissə müxtəlif qəzet səhifələrində yer alıb. 2022-ci ildə kiçik həcmli hekayəsi “İlin hekayələri” kitabında dərc olunub.

430057508_1634764037265578_970288557854115254_n430113528_1634765130598802_1891383009255922031_n

 

Share: