Gənc yazar Şəhla Vahid “Bir ovuc xatirəyəm” adlı yeni kitabını təqdim edəcək…

 

Müstəqil.Az bildirir ki, gənc yazar Şəhla Vahidin “Bir ovuc xatirəyəm” adlı yeni kitabı işıq üzü görüb.

Oktyabr ayının 6-sı, saat 14:00- da AYB Qubadlı regional bğlməsinin akt zalında kitabın təqdimat mərasimi və imza günü keçiriləcəkdir.

Maraqlanan hər kəs dəvətlidir!

Gənc yazarın dili ilə desək, hamınızı Şəhla Vahidin yaradıcılığının işığına, şeir dünyasına dəvət edirik…

İnanırıq ki, çox maraqlı bir görüş olacaq, ayırdığımız vaxta dəyəcək!

 

Şəhla Vahidə yaradıcılıq uğurları arzulayırıq…

 

Ünvan: Sumqayıt şəhəri, Qubadlı icra hakimiyyətinin yanındakı bina-

AYB Qubadlı regional bölməsinin akt zalı.

(2-8-10a nömrəli marşrutlar düz qarşısından keçir.)

 

Müstəqil.Az

Aysel Səfərli

 

Share: