Gənc yazar Aygün Sadiqin “Güzgüdə kim var?”adlı yeni kitabınının təqdimetmə mərasimi keçirildi…

Müstəqil.Az xəbər verir ki, bu gün  Beynəlxalq Mətbuat Mərkəzində gənc yazar Aygün Sadiqin “Güzgüdə kim var? ” adlı ilk kitabının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimini kitabın redaktoru yazıçı Əli  Azəri  açıb və kitab haqqında mərasim iştirakçılarına  məlumat verib.
Sonra  söz kitabın müəllifi Aygün Sadiqə verildi. Aygün xanım tədbirə gələnlərə öz minnətdarlığını bildirdi  və  “Bayrağım” şeirinin səsləndirilməsi ilə tədbir davam etdi.
Tədbirdə iştirak edən yazıçının  qələm dostları, ziyalılar yazar haqqında  yüksək fikirlər səsləndirdilər.
Aygün Sadiqin Ədəbi mühitə təqdim olunan ilk kitabı oxucular və ədəbi mühit tərəfindən yüksək qiymətləndirildi.
Biz də Müstəqil.Az olaraq  gənc yazara yaradıcılıq uğurları və  ədəbiyyatımızda xüsusi bir iz qoymasını arzulayırıq.

 

Share: