Gənc viner Kənan Bahaduroğludan Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş yeni qısametrajlı film..-VİDEO

Tanınmış viner, aktyor Kənan Bahaduroğlunun təqdim etdiyi növbəti qısametrajlı film aprel şəhidlərinə həsr olunmuşdur.Bu barədə məlumatı Müstəqil.Az -a şairə GÜNAY FUADQIZI VERMİŞDİR.
 Vətəni uğrunda canını fəda edən şəhidlərimizə öz sayğısını bu cür ifadə etdiyini bildirən gənc aktyor
“Şəhidlərimiz ölməzdir, hər nə qədər onların göstərdiyi şücaəti sərgiləyə bilməsək də,öz işlərimizlə onlara olan məhəbbətimizi ifadə etməyə borcluyuq.”-demişdir.
Aprel şəhidlərinin cənazələri öz doğma yerlərində ayrı-ayrı dəfn olunduğu üçün,bu qısametrajlı filmdə bizə öz şücaətilə əsl qəhrəmanlıq nümunəsi göstərmiş Mubariz İbrahimov və onun silahdaşı Fərid Əhmədovun qəbrlərini ziyarət etdim.Mən bir Azərbaycan gənci kimi bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.”-deyərək ,bu sözlərlə fikrini tamamlamışdır.
Biz də şəhidlərimizə Allahdan rəhmət diləyir,bu yaradıcılıq  yolunda aktyora uğurlar arzulayırıq.

Share: