Gənc Şair Gülnarə İsrafil yeni kitabı “İki”ni təqdim edəcək…

Müstəqil.Az bildirir ki,gənc şair Gülnarə İsrafilin “İki” adlı yeni kitabı “Elm və təhsil” nəşriyyatında nəşr olunub.

120 səhifədən ibarət şeir toplusunda şairin son illər qələmə aldığı əsərlər işıq üzü görüb.

Kitabın Redaktoru: Zamiq Mehdisoy,

Ön söz müəllifi: Filologiya üzrə fəlsəfə doktoru, Bilal Alarlı,

Korrektoru: Hikmət Orhundur.

24 fevral, saat 15:00 -da kitabın təqdimat mərasimi və imza günü olacaq.

Maraqlanan hər kəs tədbirə dəvətlidir.

Ünvan: Fətəli Xan Xoyski prospekti ,214D (Keçmiş 140A)

Az 11 18 Baku, Azərbaycan Milli hüquq evi.(Nərimanov metrosu yaxınlığı)

 

Aysel Səfərli

Müstəqil.Az

Share: