Gənc şair Fuad Cəfərli “Latın sükutunu” təqdim etdi…

 

Müstəqil.Az bildirir ki, AYB-nin üzvü,DGTYB-nin üzvü,Prezident təqaüdçüsü,gənc və istedadlı şair Fuad Cəfərlinin AYB Kitab layihəsi çərçivəsində “Latın sükutu” adlı yeni şeirlər kitabı işıq üzü görüb.

Kitabın ön söz müəllifi: Şair Səlim Babullaoğlu,

Korrektorlar:Tural Turan,Ulucay Akifdir…

76 səhifəlik kitabda  son illərdə qələmə aldığı şeirləri toplanan  şairin oxucularla bu ikinci görüşüdür.

Bu gün AMEA-nın “Akademkitab” kitab evində şairin yeni kitabının təqdimat mərasimi və imza günü keçirilib.

Tədbirin aparıcısı Kənan Hacı Fuad Cəfərlinin yaradıcılığı barədə məlumat verərək tədbirə qatılan dəyərli söz,sənət adamlarına,gənc şairlərə, şairin dostlarına,ailə üzvlərinə söz vermişdir.

Tədbirdə iştirak edən tanınmış və sevilən şairlər,yazıçılar,gənc şairlər kitab haqqında fikirlərini bildirib,şeirlər səsləndirmiş,gənc şairə yaradıcılıq uğurları arzulayıblar.

Fuad Cəfərliyə ədəbiyyat dünyasında gələcək nəsillərin yaddaşına yola açacaq qədər oxunaqlı və sevilən olmasını,yaradıcılıq yollarında uğur arzulayırıq!

 

Müstəqil.Az

Aysel Səfərli

Tədbirə aid fotolar:

 

Share: