Gənc rəssamın fərdi sərgisi təşkil olundu

Bakı Şəhər Mədəniyyət Baş idarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilir.

Uşaqların ədəbi-bədii yaradıcılığının inkişaf etdirilməsi, istedadlı uşaqlara dəstək məqsədi ilə Mərkəzi Kitabxanada müxtəlif sərgilər təşkil olunur. Növbəti sərgi kitabxananın oxucusu İbrahim Həşimovun rəsmlərindən ibarətdir. Sərgidə nümayiş olunan rəsmlər 2017-2023-cü illərdə çəkilmişdir. Sərgidə həvəskar rəssamın Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin, fransız yazıçısı Viktor Hüqonun karandaşla çəkdiyi portretlər, Mustafa Kamal Atatürkün, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin yağlı boya ilə çəkdiyi portretlər, digər portret və natürmortlar nümayiş olunur.

Gənc rəssam İbrahim Həşimov 2007-ci ildə Bakıda anadan olmuş, C.Cabbarlı adına 187 №-li tam orta məktəbin məzunudur. Rəsm çəkməyə uşaqlıq illərindən başlayıb.

Sərgi bir ay davam edəcək.

Share: