Gənc ifaçı intihar etdi

ASTRO k-pop kollektivinin üzvü kimi tanınan 25 yaşlı müğənni Munbin intihar edib.

Kulis.az xəbər verir ki, bu barədə “Dispatch” məlumat yayıb.

İfaçının meneceri onun cəsədini müğənninin Seulun Qannam şəhərindəki evində aşkarlayıb.

Hadisə yerinə gələn polis ölümə ilkin səbəb kimi intiharı göstərib.

ASTRO-nun digər üzvləri həmkarının ölümündən şoka düşüblər. Qeyd olunur ki, qrup Asiya turu çərçivəsində daha bir neçə çıxış etməli idi.

Qeyd edək ki, Banqkokdakı konsertdən sonra Munbin sosial mediada özünü yaxşı hiss etmədiyini pərəstişkarları bölüşən sənətçi qarşıdakı çıxışlarda güc toplayıb pərəstişkarlarını sevindirəcəyinə söz vermişdi.

Share: