Gəncənin icra başçısı güllələndi

Dünən Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə axşam saatlarında silahlı hücum olub.

Müstəqil.az xəbər verir ki, hücum edən 1982-ci il təvəllüdlü, axtarışda olan Yunis Səfərovun açdığı atəş nəticəsində Elmar Vəliyevin mühafizəçisi həlak olub. E.Vəliyev isə başından və qarın nahiyəsindən ağır yaralanıb.

E.Vəliyev Gəncə Mərkəzi Xəstəxanasında əməliyyat olunub.

Başçının Bakıda yaşayan ailəsi təcili Gəncəyə yola düşüb.

Share: