Cinsi təcavüz edənlər üçün XÜSUSİ CƏZALAR, DƏHŞƏTLİ İŞGƏNCƏLƏR

Son zamanlar Şərq ölkələrində kiçik uşaqlara qarşı cinsi istismar və ölüm halları geniş yayılıb.

Müstəqil.az xəbər verir ki, dünya ölkələrində, eləcə də Azərbaycanda cinsi təcavüzçülərə qarşı xüsusi cəzalar nəzərdə tutulmayıb.

Lakin keçmiş dövrlərdə təcavüz cinayətləri üçün xüsusi nəzərdə tutulan işgəncə növləri olub.

Orta Əsrlər Dövründə işgəncə Avropada gündəlik həyatda tez-tez rast gəlinən cəza olub. Roma və İspaniyada məşhur inkvizisiya üsulu işgəncələr uzun müddət davam edib. Kilsə işgəncələrə qarşı dayanmasına rəğmən, Orta Əsrlərdə edilən bir çox işgəncə hadisələrində mühüm rol oynayıb və ya onlara göz yumub.

13-cü əsrdə Roma konsitutsiyasının yenilənməsi ilə cəza tətbiqində də işgəncə üsulları yenidən ortaya çıxıb. Qərbi Avropa ölkələrində inkivizasiya üsulu işgəncə soyuqqanlı şəkildə tətbiq edilib. Buna səbəb isə cinayətkara əməlini etiraf etdirmək məcburiyyəti olub. Etiraf cinayətin ən dəqiq dəlili kimi qəbul edilib.

Hazırda Türkiyə, Hindistan və digər müsəlman-şərq ölkələrində baş verən təcavüz hadisələri ölkə miqyasında geniş müzakirələrə və mübahisələrə səbəb olur. Kiçik yaşlı uşaqların qaçırılması, cinsi təcavüzdən sonra öldürülməsi və ya yandırılması hər kəsi təşviş işində qoyub. Bir çox ölkələrdə cinsi təcavüzün cinayət kimi qəbul edilməsi üçün təcavüzə məruz qalan şəxsin 15-dən aşağı yaşda olması əsas götürülür. Fransada bu sərhəd 13 yaşa endirilmək istənsə də, qərar xalqın etirazı ilə qarşılaşıb.

Share: