Gəncədə zəncirvari qəza olub

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.

Hərəkətdə olan “BMW” X5 markalı minik maşını yoldan çıxaraq “VAZ 2106”, “Opel” markalı minik maşınlarına, ağaca və işiq dirəyinə çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobilərə və elektrik təsərrüfatına ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Share: