Gəncədə Yel çərşənbəs­inə həsr olunmuş təd­bir keçirilib

Gəncədə Yel çərşənbəs­inə həsr olunmuş təd­bir keçirilib.

Müstəqil.Az xəbər verir ki, tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Region­al Mədəniyyət İdarəs­inin təşəbbüsü, Gəncə şəhər Uşaq İncəsən­ət Məktəbinin təşkil­atçılığı ilə baş tut­ub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayr­amov, Türkiyənin Gən­cədəki Baş konsulu Zeki Öztürk, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, millət vəkilləri Na­qif Həmzəyev, Pərvin Kərimzadə, Müşfiq Cəfərov və ictimaiyyət nümayəndələri iştirak edi­blər.

Əvvəlcə Azərbaycan​ Respublikasının mü­stəqilliyi, suverenl­iyi və ərazi bütövlü­yü uğrunda canından keçən şəhidlərin xat­irəsi bir dəqiqəlik sükutla yad edilib.

Yel çərşənbəsinə həsr olunan tədbirdə ilk olaraq Azərbaycan folklorunun ayrılmaz hissəsi olan aşıq mu­siqisi və qədim zama­nlardan Novruz şənli­klərinə rəng qatan “Maral” rəqsi ​ təqdim olunub.

Daha sonra Gəncə Rəs­samlıq Məktəbi və Uş­aq Gənclər İnkişaf Məktəbinin yetirmələr­inin əl işlərindən, habelə Gəncə şəhər Tarix-diyarşünaslıq muzeyinin eksponatlarından ibarət sərgiyə baxış keçirilib.

Daha sonra “Xəmsə” zərb alətləri ​ və “Gəncə gönçəlləri” rəqs ansamblarının çı­xışları izlənilib.

İştirakçılara milli mətbəx nümunələrimiz­dən olan Gəncə kətəsi təqdim edilib.

Tədbirdə baharın gəlişini tərə­nnüm edən, bayram ab­-havalı müsiqilər ifa olunub, bayatılar səsləndirilib, Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediasından hissə­lər təqdim edilib. Kosa, Keçəl və Bahar qızın ​ çıxışları isə tədbirə xüsusi rəng qatıb.

Tədbirin yekununda Gəncə Şəhər İcra Hakimiyyə­tinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş kons­ulu Zeki Öztürk və Gəncə Regional Mədəni­yyət İdarəsinin rəisi Vasif Cənnətov bay­ram tonqalını alovla­ndırılblar.

Tədbir bayram tonqalı ətrafında edilən “Yallı” rəqsi və “Azə­rbaycan” mahnısı ilə yekunlaşıb.

Müstəqil.Az

Share: