Gəncədə yaşayış binasında yanğın söndürülüb – FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhərinin Atatürk prospektində yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində ilkin məlumata əsasən eyvanda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən mənzillərdən 16 nəfər sakin təxliyə olunub.

***

22.32

Gəncədə yaşayış binasında yanğın zamanı xəsarət alanların olduğu bildirilir.

Bu barədə -nın hadisə yerində olan müxbiri xəbər verir.

Binadan 16 nəfər təxliyə edilib.

***

22.16

Gəncədə yanğın hadisəsi baş verib.

-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Atatürk prospektində yerləşən yaşayış binasında qeydə alınıb. Sözügedən ünvanda yerləşən yaşayış binasında anidən yanğın olub. Hadisə yerinə FHN yanğın söndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub. Bina sakinləri təxliyə edilib.

Share: