Gəncədə yaşayış binasında baş verən yanğın söndürülüb – FOTO

Gəncədə Heydər Əliyev prospektində yerləşən 3 mərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

***
23:05

Gəncədə yanğın hadisəsi baş verib.

-nın yerli bürosunun məlumatına görə, yanğın Heydər Əliyev prospektində yerləşən 3 mərtəbəli yaşayış binasında qeydə alınıb.

Belə ki, sözügedən binada anidən yanğın başlayıb.

Əraziyə dərhal FHN-nin 10-yaxın yanğınsöndürən avtomobili və 50-dən çox canlı qüvvəsi, həmçinin təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Hazırda binanın dam örtüyünün söndürülməsi istiqamətində işlər davam etdirilir, yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınır.

Yanğın nəticəsində binanın dam örtüyü tamamilə yararsız vəziyətə düşüb.

Bina sakinləri təxliyə edilir.

Share: