Gəncədə maşınlar toqquşdu — Ölən var+Fotolar

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hərəkətdə olan “Prado ” ilə “Xəzər Lada” markalı minik avtomobili toqquşub. 

İlkin məlumata görə, qəza zamanı bir nəfər dünyasını dəyişib.

Qəzaya səbəb yağmurlu hava şəraiti olub.

Hadisə yerinə polis əməkdaşları və FHN-nin müvafiq qüvvələri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev


Share: