Gəncədə maşınlar toqquşdu — Ölən və yaralanan var

Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, şəhərin 28 May küçəsində hərəkətdə olan “Opel” və “VAZ-2107” markalı minik avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli


Share: