Gəncədə maşın aşdı

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın verdiyi xəbərə görə, qəza şəhərin qərb çıxışında, Gəncə-Şəmkir avtomobil yolunda qeydə alınıb. “Mercedes” markalı avtomobilin aşması nəticəsində 2 nəfər – sürücü və sərnişin dünyasını dəyişib.

İlkin ehtimala görə, hərəkətdə olan avtomobilin qarşısına it çıxıb. İti vuran avtomobil  idarəetməni itirərək yolun kənarına aşıb.

Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Meyitlər deformasiyaya uğrayan avtomobilin salonundan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən  araşdırma aparılır.

Müstəqil.Az

Share: