Gəncədə maşın 4 piyadanı vurdu

Gəncədə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə şəhərin Təzə Bazar adlan ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Ford” markalı avtomobil 4 nəfəri vurub. Piyadalar xəstəxanaya yerləşdirilib. Xəsarət alanların 1987-ci il təvəllüdlü Gülmira Ələkbərova,1984-cü il təvəllüdlü Xatirə Qurbanova, 1997-ci il Aytac Abdullayeva, 1953-cü il təvəllüdlü Sarıtel Məmmədovadır.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli


Share: