Gəncədə inək sahibini gözsüz qoydu – VİDEO

Gəncə şəhərində inək sahibinin gözünü çıxarıb. Hadisə şəhərin Ə.Cavad küçəsi ev 68 ünvanında baş verib.

İnək 1978-ci il təvəllüdlü Əliyev Səmərqənd Musa oğlunu vurub.

Nəticədə gözündən ağır zərbə alan şəxs yaxınlarının köməyi ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Həkimlərin xəsarət alanın sol gözündə əməliyyat etsələr də, həmin gözün bir daha görməyəcəyini deyiblər.

Müstəqil.Az

Share: