Gəncədə II Milli Yaylaq Festivalı keçirilir — Fotolar

Gəncədə II Milli Yaylaq Festivalı keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu gün festivalın ikinci günündə rəsmi açılış mərasimi olub.

Festivalda müxtəlif kollektivlərin çıxışları izlənilib.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək Azərbaycanda yaylaq, qışlaq mədəniyyətinin olmasının bu torpaqların bizə aid olmasının göstəricisi olduğunu bildirib: “Yaylaq mədəniyyətimizin vacib hissəsidir. Yaylaq Vətən anlayışımızın bir hissəsidir. Festivalda müxtəlif kollektivlər iştirak edir. Həmçinin 20-dən çox ölkənin nümayəndələri qatılıb. Gələcəkdə bu festivalın hər il keçirilməsi nəzərdə tutulur. Festivalın bundan sonra Hacıkənd yaylağında keçirilməsi planlaşdırılır”.

Gənclər və idman naziri Fərid Qayıbov isə əlavə edib ki, festivalda bizim başqa xalqların mədəniyyətləri ilə tanış olmaq imkanımız var: “Burada 19 ölkədən nümayəndələr iştirak edir. İstərdim ki, belə tədbirlərimiz bundan sonra çox olsun”.

Günün sonunda konsert proqramı baş tutub.

Qeyd edək ki, festival sabah da davam edəcək.


Share: