Gəncədə 5-ci mərtəbədən yıxılan yeniyetmə xəstəxanada öldü

Gəncədə 5-ci mərtəbədən yıxılan 12 yaşlı oğlan ölüb.

“Qafqazinfo” xəbər verir ki, 2011-ci il təvəllüdlü, Gəncə şəhər sakini Ümid Əliyev bu gün Bakıdakı xəstəxanalardan birində vəfat edib.

Qeyd edək ki, hadisə ötən gün şəhərin 5-ci mikrorayonunda beşmərtəbəli yaşayış binasında qeydə alınıb. 2011-ci il təvəllüdlü, Gəncə şəhər sakini Ümid Əliyev 5 yaşlı qardaşı ilə yaşadığı binanın 5-ci mərtəbəsindəki mənzildə oynayan zaman ehtiyatsızlıqdan pəncərədən yıxılaraq xəsarət almışdı.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.


Share: