Gəncədə 18 yaşlı oğlanı cərəyan vurub öldürdü

Gəncədə 18 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə şəhərin Yusif Məmmədəliyev küçəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Hüseynov Qəzənfər Rasim oğlu yaşadığı evdə nasos ilə həyətyanı sahəni suvarmaq istəyən zaman etiyatsızlıqdan nasosun naqillərinə toxunub.

Məlumata görə o, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli


Share: