Gəncə Dövlət Dram Teatrı beynəlxalq festivala qatıldı

Gəncə Dövlət Dram Teatrı mayın 26-dək Türkiyənin Trabzon şəhərində keçirilən 23-cü Qara dəniz Beynəlxalq Teatr Festivalında iştirak edir.

Kulis.az xəbər verir ki, sənət ocağının heyəti festivala E.İoneskonun “Kral ölür” tamaşası ilə gediblər. Festivala Türkiyənin bir neçə şəhərlərindən, eləcə də İtaliya, Norveç, Bolqarıstan və Qazaxıstandan teatrlar qatılıb.

Qeyd edək ki, yeni səhnə işinin quruluşçu rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Mustafa Mustafayevdir. Tamaşada rolları Əməkdar artistlər Elxan Abbasov, İlham Hüseynov, Sevda Orucova, Kəmalə Məmmədova, aktrisa Günay Cabbarova və aktyor Ruslan Hüseynov ifa edirlər.

Share: