Gəncə Ağır Cinayətlər məhkəməsi düzgün hökm çıxarmadı… – ŞİKAYƏT

Müstəqil.Az-ın ünvanına   Gəncə Apellyasiya məhkəməsinə  Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə      məhkum olunmuş Məmmədov Kamran Ələddin oğlunun  işi üzrə zərər çəkmişin nümayəndəsi, müdafiəçi Mustafayev Məhərrəm İsa oğlunun  etdiyi  apellyasiya şikayəti daxil olub.

Apellyasiya şikayətində  Gəncə Ağır Cinayətlər məhkəməsində müdafiə etdiyi zərərçəkmiş haqda haqsızlıq olduğu qeyd olunmaqla, işə yenidən baxılması xahiş olunur.

Müdafiəçinin Gəncə Apellyasiya məhkəməsinə  etdiyi şikayət ərizəsində Məmmədov Kamran Ələddin oğlunun Azərbaycan Respublikası CB-nin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi  üzrə istintaqın  tamamlanaraq    işə baxılması üçün Gəncə Ağır Cinayətlər məhkəməsinə göndərilməsindən, lakin məhkəmədə işə baxılarkən qanun pozuntusuna yol verdiyindən bəhs olunur:  “Məhkəmədə K. Məmmədovun əməli heç bir əsası olmadan CM-nin 120.1 maddəsindən həmin məcəllənin 126.3  cü maddəsinə tövsif olunaraq cəzasının ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməklə 11 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, yazan müdafiəçi əlavə edir ki, həmin iş üzrə həm ibtidai istintaq, həm də birinci instansiya məhkəməsində zərərçəkmişin nümayəndəsi kimi zərərçəkmişin hüquqi varisi Kənan İsgəndərovla birlikdə bütün məhkəmə iclaslarında iştirak ediblər. Məhkəmə istintaqı zamanı da ibtidai istintaqın K.Məmmədovun əməlinin tövsifi ilə bağlı gəldiyi nəticə məhkəmədə araşdırılmış sübutlarla tam təsdiq olunduğundan, 24.08.2020-ci il tarixdə məhkəmə çıxışlarından və təsirləndirilən şəxsin son sözündən sonra müşavirə otağından qayıdan məhkəmə Məmmədov Kamran Ələddin oğlunun CM-nin 120.1-ci maddəsi ilə təqsirinin tam sübuta yetirildiyi qənaətinə gələrək, onun cəzasının ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməklə 11 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması barədə hökmü elan etməklə tərəflərə hökmdən apellyasiya protesti vı apelyasiya şikayətləri vermək hüquqlarını izah etmiş, bununla da məhkəmə baxışının tamamlanmasını bildirmişdir.”

 Müdafiəçi şikayət ərizəsində daha sonra qeyd qeyd edir: “Biz zərər çəkmiş tərəfi olaraq hökmü əlimizə alarkən hakim Nural Əliyev və digər hakimlər Dadaş İmanov və Məhəmməd Bağırov qanunu kobud surətdə pozaraq bizə bəlli olmayan maraqları ucbatından Kamran Məmmədovun əməlinin CM-nin 120.1 – ci maddəsindən, həmin məcəllənin 126.3-c3 maddəsinə tövsif olunmasına dair qanunsuz və əsassız hökm çıxarmaqla saxtakarlıq etmişlər.”

Apellyasiya şikayətində göstərilir ki, guya K.Məmmədov, heç də müdafiəçi tərəfi olduğu   Faiq İsgəndərlini heç də öldürmək istəməyib, sadəcə onu qorxutmaq istəyib.  Əgər onun F. İsgəndərlini öldürmək niyyəti olsaydı ona bıçaqla əlavə zərbələr də endirmiş olardı. Məhkəmə CM-nin dəyişdirilməsi qənaətinə bu məntiqlə yanaşıb ki, K. Məmmədov zərərçəkmişin yanında qalaraq Faiqin xəstəxanaya çatdırılması üçün kömək çağırıbmış. Müdafiəçi Məhərrəm Mustafayev şikayət ərizəsində K.Məmmədovun zərərçəkmişi öz avtomaşınana mindirib xəstəxanaya aparmamasına səbəb isə Faiqin ona yetirdiyi ağır xəsarətə görə  yaralını maşına mindirə bilməməsini qeyd etməklə daha gülünc bir məntiq sərgiləyir. “İşin faktiki vəziyyətindən isə görünür ki, k. Məmmədovun aldığı xəsarət ağırlığına görə dərəcəsi təyin olunmayan xəsarət olmuşdur. Məhkəmə belə hesab etmişdir ki, K.Məmmədov F.İsgəndərlini qəsdən vursa da, ölüm hadisəsi ehtiyatsızlıqdan baş vermişdir. Məhkəmə K. Məmmədovun hadisə yerindən qaçmasını, cinayətin izini itirmək üçün F.İsgəndərlini qətlə yetirərkən istifadə etdiyi bıçağı hadisə yerindən xeyli aralıda avtomaşından yolun kənarına atmasına da heç bir hüquqi qiymət verməmişdir.

Lakin İstintaqın gəldiyi nəticədən görünür ki, zərərçəkmiş mərhum Faiq İsgəndərli təqsirləndirilən Kamran Məmmədovun yaxın qohumu haqda Qızılhacılı qəsəbə sakini Şəhriyar adlı bir nəfərlə gəzməsi barədə dostları ilə söhbət edərkən danışmış və həmin xəbəri təqsirləndirilən Kamran Məmmədov eşitdikdən sonra Faiq İsgəndərlini öldürmək qərarına gəlibmiş.”

Müdafiəçi Məhərrəm Mustafayev Gəncə Apellyasiya Məhkəməsinə ünvanladığı apellyasiya şikayətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin yanlış qərar qəbul etməsindən ətraflı bəhs etdikdən sonra əlavə olaraq qeyd edir: “Azərbaycan Respublikası CPM-nin 389-cu maddəsinin tələbinə görə məhkəmənin əməlin tövsifində səhvə yol verməsi apellyasiya qaydasında hökmün ləğv olunması və dəyişdirilməsi üçün əsasdır.

Azərbaycan Respublikası CPM-nin92, 401.1.2, 401.2.3-ü maddələrinin tələblərini rəhbər tutaraq sizdən xahiş edirəm ki, Məmmədov Kamran Ələddin oğlunun CM-nin 126.3-cü maddəsi ilə məhkum olunmasına dair Gəncə Ağır Cinayətlər məhkəməsinin 24.08.2020 – ci il tarixli hökmünün ləğv edilərək həmin məcəllənin 120.1 – ci maddəsi ilə məhkum olunmasına dair yeni hökm çıxarasınız.”

P.S. Mövzuya qayıdacağıq


Müstəqil.Az

 

 

Share: