Gəmi kapitanı dünyasını dəyişdi

AXDG QSC DND idarəsinə ağır itki üz verib.

 “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyindən Müstəqil.Az -a verilən məlumata görə “138” sərnişin gəmisinin kapitanı Eldəniz Məmmədov bu gün dünyasını dəyişib.

Eldəniz Məmmədov 1992-ci ildə Qafur Məmmədov adına Bakı Dəniz Yolları məktəbini bitirib və təyinatla Xəzər Dəniz Gəmiçiliyi idarəsində gılib. İdarənin müxtəlif gəmilərində matros, kapitanın növbə köməkçisi, baş köməkçisi və kapitan vəzifəsində çalışıb.
“DSD”İB və Müstəqil.Az saytı kapitan Eldəniz Məmmədovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.

https://www.facebook.com/mabaszade/videos/10217625528982471/

Müstəqil.Az

 

Share: