Şəhid Davud Abbasov – Dövlət Sərhəd Xidmətinin Çevik Hərbi Dəstəsinin snayperi

Şəhid Abbasov Davud Yalçın oğlu. Qəhrəmanımız 19 noyabr 1999-cu ildə Cəlilabad rayonu Sabirabad kəndində anadan olub.

O, orta məktəbini Uzuntəpə kəndində, Eldəniz Yusubov adına orta məktəbdə oxuyub. 2018-ci ildə orta məktəbi bitirib, elə həmin il də  Ordu sıralarına yollanıb. Hərbi xidmətini əsgər kimi Dövlət Sərhəd Xidmətinin Ermənistanla sərhəddə olab zastavada şəkib.
Həmin vaxt düşmən təxribatının qarşısının alınmasında şücaət göstərib, 1 mülkü vətəndaşımızın həyatını xilas edib. Daha sonra isə “Gizirlik” hərbi kursunda təhsil aləb, kursu müvəfəqiyyətlə bitirdikdən sonra gizir hərbi rütbəsi ilə təltif olunub.
Rütbə ilə təltif olunduqdan 2 ay sonra Dövlət Sərhəd Xidmətinin Çevik Hərbi Dəstəsinə qəbul edilib, orada da kursu müvəfəqiyyətlə bitirdikdən sonra ÇHD giziri kimi hərbi xidmətinə başlayıb. Davud, dəfələrlə xüsusi təyinatlıların snayper kurslarında təlim keçib.
27 sentyabr tarixində başlayan Vətən müharibəsində DSX ÇHD snayper gizir kimi döyüşlərə atılıb. Zəngilan, Füzuli rayonları və Hadut qəsəbəsinin düşmən işğalından azad edilməsi əməliyyatlarında igidlik, şücaət göstərib. Düşmənin nəfəsini kəsən oğullarımızdan olub. Oktyabr ayının 9-da qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib.
Ailə üzvləri deyir:
“Sonuncu dəfə Davudla Şəhid olduğu gün səhər saatlarında əlaqəmiz oldu. Hər şeyin yaxşı olacağını bildirdi. Bu döyüş, haqqın, nahaqqa qarşı döyüşüdür, haqq qalib gələcək, dedi. Allaha şükr edirdi ki, torpaqlarımızı azad edirik… O, çox mehriban, sakit, gözəl xasiyətlərə, xüsusiyyətlərə sahib övlad idi, biz ondan heç vaxt narazı olmadıq. Onun ağzından güldən ağır söz eşitmədi heç kim. Özündən böyüklərin hörmətini saxlayırdı, kiçikləri gözünün üstündə tuturdu. Davudun yoxluğu çox ağırdır, amma hər bir halda Davud kimi qəhrəman övladın valideynləri olmaqdan qürur duyuruq…”
Ruhun şad olsun qardaş…
Müstəqil.Az
mənbə:”Mübarizlər” səhifəsi
Şəkildə bunlar ola bilər: 3 nəfər, çöldə
Share: