Gədəbəydə məktəbliləri maşın vurdu

Gədəbəydə iki məktəblini maşın vurub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonunun Zəhmət kəndində qeydə alınıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, “Volkswagen Passat” markalı avtomobil 2 azyaşlı məktəblini vurub:

“Məktəblilər dərhal Gəncə şəhər xəstəxanasına çatdırılıb. Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində müvafiq araşdırmalar başladılıb. Araşdırmaların nəticəsindən aslı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Amin Nəzərli

 


Share: