Gədəbəydə istirahət mərkəzində meyit tapıldı

Gədəbəydə yerləşən istirahət mərkəzlərindən birində meyit aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Slavyanka kəndində qeydə alınıb.

Bakı şəhər sakini olan 1966-cı il təvəllüdlü Vaqif Məmmədovun kənddə yerləşən istirahət mərkəzlərinin birində meyiti aşkar edilib. İlkin məlumata görə, mərhum ürək çatışmazlığından vəfat edib.

Ölümün səbəbləri araşdırılır.

Nizam Rza


Share: