Gələn il Sumqayıtda şüşə lövhələrinin istehsalı zavodu istifadəyə veriləcək

Gələn il Sumqayıt Kimya Sənaye Parkında yerləşən şüşə lövhələrinin istehsalı üzrə zavodun tikintisi başa çatacaq.

“APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu zavodun inşası tikinti materiallarının istehsalı sahəsində olan iri layihələrdən biridir. Layihənin investisiya tutumu 82 mln. ABŞ dolları təşkil edir.

Bundan əlavə, N. Səfərovun sözlərinə görə, hazırda Hacıqabul Sənaye Məhəlləsində tikinti materiallarının istehsalı üzrə avadanlığın buraxılması müəssisəsində tikintisi aparılır.

Share: