Deputat Fəzail İbrahimli Masallıda seçicilərlə görüş və qəbul keçirib
Milli Məclisin deputatı, professor Fəzail İbrahimli 10 may 2026-cı il tarixində Masallı rayonunda seçicilərlə görüş və qəbul keçirib.
Millət vəkili əvvəlcə rayonun Köhnə Alvadı kənd tam orta məktəbində olub. Burada deputatın təşəbbüsü və təşkilatçılığı ilə yaradılmış, məktəbin adını daşıyan Birinci Qarabağ müharibəsi şəhidi Əlihasil Hüsü oğlu Əsgərovun xatirəsinə həsr olunmuş yeni guşənin açılış mərasimində iştirak edib. Fəzail İbrahimli guşənin önünə gül dəstələri qoyaraq şəhidin xatirəsini ehtiramla yad edib.

Daha sonra millət vəkili Masallı rayonunun Təzə Alvadı kənd inzibati ərazisinə daxil olan Meşəkənarı kənd məktəbində seçicilərlə görüş keçirib. Görüşdə Meşəkənarı kəndindən olan sakinlər iştirak ediblər.
Görüş və qəbuldan öncə deputat məktəbin foyesində yerləşən şəhidlər guşəsini ziyarət edib, qəhrəmanların xatirəsinə gül dəstələri düzüb.

Ardınca keçirilən qəbul zamanı seçicilər müxtəlif məsələlərlə bağlı təklif və müraciətlərini səsləndiriblər. Millət vəkili vətəndaşları ayrı-ayrılıqda dinləyib. Bir sıra məsələlər yerində həllini tapıb, bəzi məsələlərlə bağlı isə mövcud qanunvericiliyin tələbləri seçicilərə izah olunub. Həmçinin müəyyən problemlərin həlli istiqamətində aidiyyəti qurumlar qarşısında qanunvericiliyə uyğun şəkildə məsələ qaldırılacağı bildirilib.





















