Füzuliyə daha 59 nəfər yola salındı — Fotolar

Bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə – 59 nəfər köçürülüb.

Qeyd edək ki, köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 187 ailənin, yəni, 661 nəfərin daimi məskunlaşması təmin ediləcək.


Share: