Füzulidə mülki şəxs minaya düşdü

Füzulidə mülki şəxs minaya düşüb. 

Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı minaya düşüb, nəticədə o, ağır bədən xəsarətləri alıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, hazırda həmin faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.

Müstəqil.Az

Share: