Füzuli şəhərinə növbəti köç yola salınır

Bu gün Füzuli şəhərinə növbəti köç yola salınır.

xəbər verir ki, daha 35 ailə (153 nəfər) Füzuli şəhərinə köçürüləcək.

Ümumilikdə Bakı şəhərindən – 22 ailə (90 nəfər); Sumqayıt şəhərindən – 5 ailə (20 nəfər); Füzuli rayonundan – 4 ailə (24 nəfər); Beyləqan rayonundan – 2 ailə (12 nəfər); Abşeron rayonundan – 1 ailə (4 nəfər); İmişli rayonundan – 1 ailə (3 nəfər) köçürülür.

Bununla da bugünkü köç nəzərə alınmaqla Füzuli şəhərinə cəmi 562 ailə (2120 nəfər) köçürülmüş olur.

Share: