Futbol matçı zamanı STADİON UÇDU: xəsarət alanlar var – FOTO

İspaniya La Liqasında VII turun “Eybar” – “Sevilya” matçı zamanı “Munisipal de İpurua” stadionu uçub.

Müstəqil.az xəbər verir ki, hadisə ikinci hissənin ortalarında baş verib.

“Sevilya”nın futbolçusu Ever Baneqanın qolunun qeyd edildiyi vaxt Eybardakı arenada hasar qırılıb. Nəticədə “Sevilya” azarkeşləri meydana yıxılıblar.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Qeyd edək ki, görüş “Sevilya”nın qələbəsi ilə yekunlaşıb – 3:1.

Share: