“Fukusima-1” AES-də qəza baş verən ərazidə yeni evlərin tikintisinə başlanılıb

Yaponiyada “Fukusima-1” Atom Elektrik Stansiyasının yaxınlığında yeni evlərin inşasına başlanılıb və evakuasiya əmri ləğv edilib.

Həmçinin hələ 2011-ci ildə Atom Elektrik Stansiyasının yaxınlığında yaşayan sakinlərə öz evlərinə qayıtmağa icazə verilib.

Hökumət qurumları vətəndaşları əmin edib ki, artıq ərazi yaşayış üçün əlverişlidir.

Xatırladaq ki, 2011-ci ilin martın 11-də Yaponiyada baş verən zəlzələdən sonra zədələnən “Fukusima-1” Atom Elektrik Stansiyasında partlayış olub, radiasiya sızması təhlükəsi yaranıb.

Mənbə: Mk.ru

Share: