FT Baydenin seçkilərdə qələbə çalacağını proqnozlaşdırıb

ABŞ prezidenti Co Bayden qarşıdan gələn seçkilərdə Donald Trampa qalib gələcək, Yaxın Şərq və Asiyada böyük müharibələrin qarşısı alınacaq, Brüssel və Vaşinqton Kiyevi maliyyələşdirməyə davam edəcək, X (keçmiş Twitter) isə müflis olacaq.

xəbər verir ki, 2024-cü il üçün bu proqnozlar Financial Times (FT) işgüzar qəzetinin daimi müəllifləri tərəfindən hazırlanıb.

Nəşrin müşahidəçilərinin fikrincə, Trampın ABŞ prezidentliyi uğrunda yarışda iştirakına icazə verilsə, o, Ağ Evin hazırkı rəhbəri Co Baydenə qalib gələ bilməyəcək. Bununla belə, noyabr seçkiləri “ABŞ tarixindəki ən çirkin seçkilər” olacaq.

Proqnozçılar həmçinin gözləyirlər ki, Bayden administrasiyası Ukraynaya yardım üçün pul ayrılmasını təmin etməklə Konqresdəki fikir ayrılıqlarını aradan qaldıra biləcək.

Nəşr Çinin Tayvanla hərbi yolla birləşməyə nail olmaq cəhdini çətin hesab edir.

Share: