“Freddi” siklonu Malavidə 326 nəfərin həyatına son qoyub

Malavidə “Freddie” tropik siklonu nəticəsində ölənlərin sayı 326 nəfərə çatıb.

Martın 13-nə keçən gecə baş vermiş təbii fəlakət evlərin uçmasına səbəb sellə müşayiət olunub.

Ölkənin cənub bölgələri, o cümlədən Blantir şəhəri daha çox zərər çəkib.

Malavi Prezidenti Lazarus Çakvera təcili humanitar yardım üçün beynəlxalq ictimaiyyətə müraciət edib. Ölkədə ölənlər üçün iki həftəlik matəm elan olunub.

Mənbə: TASS

Share: