“Fransaya qayıtmaq mənim üçün özəldir” — Zubir

“Qarabağ”ın futbolçusu Abdullah Zubir Avropa Liqasının qrup mərhələsinin V turunda “Nant”a uduzduqları görüşü şərh edib.

“Qafqazinfo” xəbər verir ki, “CBC Sport”a danışan yarımmüdafiəçi 1:2 hesabıyla başa çatan görüşlə bağlı bunları deyib:

“Çalışdıq ki, öz oyunumuzu nümayiş etdirək. Məyusedicidir. Son dəqiqədə qol buraxdıq. Bu, futboldur. İrəli baxmalıyıq. Hədəfimiz mərhələ adlamaqdır. Ümid edirəm ki, “Frayburq”la oyunda istədiyimizi nəticəni əldə edəcəyik.

Möhtəşəm atmosfer var idi. Ümumiyyətlə, Fransaya qayıtmaq mənim üçün özəldir. Ailə üzvlərim buradadır. Buna baxmayaraq, nəticəyə görə buradan məyus dönürəm”.


Share: