Fransada Türkiyə Konsulluğuna “Molotov kokteyli” atılmasına görə 2 nəfər tutuldu

Fransanın Marsel şəhərində Türkiyənin Baş Konsulluğunun binasına “Molotof kokteyli” atan kürd əsilli iki nəfər saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə polisdəki mənbəyə istinadən Fransanın “BFMTV” kanalı məlumat yayıb.

““BFM Marseille Provence”nin polisdəki mənbədən öyrəndiyi kimi, cümə axşamından cümə gününə keçən gecə Türkiyənin Marseldəki Baş Konsulluğunun fasadına “Molotof kokteyli” atdıqdan sonra iki nəfər saxlanılıb… Eyni mənbəyə görə, məhbuslar axtarışda olmayan və kürd olduqlarını etiraf edən şəxslərdir”, – deyə telekanal bildirib.

Qeyd olunub ki, daha iki şübhəli hələ də axtarışdadır.


Share: