Fransada koronavirusun üçüncü dalğası başladı

Fransada yeni növ koronavirus (COVİD-19) pandemiyasının üçüncü dalğası başlayıb.

 

Müstəqil.az Modern.az-ın məlumatına istinadən bildirir ki, bunu ölkənin Baş naziri Jan Kasteks deyib.

 

Onun sözlərinə görə, bu mərhələ koronavirusun “çoxsaylı ştammları ilə xarakterizə olunur”.

 

Qeyd edək ki, Fransada 4 milyondan artıq koronavirusa yoluxma halı qeydə alınıb, yoluxanlardan təxminən 90 min nəfər vəfat edib.

Share: