Fransada gecə 400-dən çox etirazçı saxlanılıb

Fransa polisi gecə 427 etirazçını saxlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanin özünün tviter səhifəsində məlumat verib.

Darmanen bildirib ki, ötən gecə olduğu kimi, bu gecə də ölkədə 45 min polis və jandarma öz vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, iyunun 27-də Nanter şəhərində polis əməkdaşının yol hərəkətinə nəzarət zamanı 17 yaşlı əlcəzairli sürücünü güllələyərək öldürməsi ölkədə kütləvi narazılığa səbəb olub.


Share: