Fransa prezidenti ilə foto çəkdirən oğlan narkomafiya ilə əlaqəli imiş

Bir müddət əvvəl Fransa prezidenti Emmanuel Makron Karib dənizindəki “İrma” fırtınasından zərər çəkmiş Sen-Marten adasına səfəri zamanı yarıçılpaq qaradərililərlə çəkdirdiyi fotoya görə gündəmə gəlmişdi.

Virtualaz.org xəbər verir ki, şəkillərdə Makronla qucaqlaşan kəmərinə qədər soyunmuş əzələli qaradərili oğlanlarlardan birinin kameraya qeyri-etik bir jest göstərməsi Fransız mətbuatında qəzəblə qarşılandığından “Le Parisien” qəzeti fotonu bir qədər araşdırıb və ortaya maraqlı faktlar çıxıb.

Məlum olub ki, həmin fotodakılardan biri Reaulf Flemminq bölgədəki kokain dövriyyəsinə nəzarət edən şəbəkənin liderlərinə ən yaxın şəxslərdən biridir. 2015-ci ildə silahlı soyğunçuluğa görə tutulan həmin şəxslə bağlı 5 illik həbs cəzası çıxarılıb.

Fotodakı orta barmağını göstərən şəxs isə Flemminqin yaxın qohumudur. O, qohumunun bu hərəkətini isə onun “tərzi” ilə əlaqələndirib.

Flemminq Makronla görüşünün onda böyük motivasiya yaratdığını, xəstə anası və iş tapmaqla bağlı məsələlərdə kömək edə biləcəyini deyib.

Share: