Fransa klubu “Qarabağ”la oyunlar üçün heyətini açıqladı

Fransanın “Nant” futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, baş məşqçi Antuan Kombuarenin açıqladığı siyahıda qapıçılar – Alban Lyafon, Remi Deskam, Denis Petriç, müdafiəçilər – Fabio, Andrey Cirotto, Nikolya Pallua, Dennis Appia, Jan-Şarl Kastelletto, Robin Vuazin, Sebastyan Korşya, Kenten Merlen, Şarl Traore, yarımmüdafiəçilər – Pedro Çirivelya, Samüel Mutussami, Lüdovik Blas, Mussa Sissoko, Məhəmməd Açi, Loann Duse, hücumçular – Evann Gessan, Markus Koko, İqnatius Qanaqo, Moyzes Simon, Mustafa Məhəmməd və Abdul-Kader Bamba yer alıblar.

Qeyd edək ki, “Qarabağ” “Nant”la sentyabrın 15-də evdə, oktyabrın 27-də isə səfərdə qarşılaşacaq.


Share: