Fransa ilin sonuna qədər 8 min Ukrayna əsgərinə təlim keçəcək

Fransa ilin sonuna qədər təlim keçmiş ukraynalı hərbçilərin sayını 8 minə çatdıracaq.

xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələrinin saytında məlumat yerləşdirilib.

Bu, Aİ-nin Ukrayna üçün hərbi təlim missiyası (EUMAM) çərçivəsində təlim keçmiş hərbi personalın təxminən dörddə biri deməkdir.

Ukrayna hərbçiləri üçün təlim proqramı 2024-cü ildə genişlənəcək.

Qeyd olunur ki, Aİ-nin Fransadakı missiyası çərçivəsində hər ay 200 Ukrayna əsgəri təlim keçir.

Share: