Frankfurt-Astana təyyarəsi əlverişsiz hava səbəbindən Bakıya endi

“Lufthansa” aviaşirkəti Frankfurt-Astana marşrutu üzrə DLH-646 reysini yerinə yetirən təyyarəsini ehtiyat hava limanı – Heydər Əliyev Beynəlxalq Aeroportuna yönləndirib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, buna səbəb təyinat hava limanında əlverişsiz hava şəraiti olub.

“Airbus A330” təyyarəsi yerli vaxtla saat 20:50-də Bakı hava limanına uğurla eniş edib.


Share: