Fotoqraf saxlanıldı — Rəsmi açıqlama

Fotoqraf Vəli Şükürov saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, o, 27 saylı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin şöbə rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında fotoqrafın saxlanıldığını təsdiqləyib:

“Saxlanılıb. Araşdırma aparılır. Onun saxlanılmasında siyasi motiv yoxdur”.


Share: