“Formula 1” Sinqapur Qran Prisinin qalibi məlum olub

“Red Bull” komandasının meksikalı pilotu Serxio Peres “Formula 1” üzrə dünya çempionatının 17-ci turunda – Sinqapur Qran Prisində qalib gəlib.

Yarış bazar günü “Marina Bay” trekində keçirilib.

Yarışda “Ferrari”dən Şarl Lekler ikinci yeri tutub. İlk üçlüyü onun komanda yoldaşı ispaniyalı Karlos Saynz qapayıb.

Qeyd edək ki, Qran Prinin növbəti mərhələsi oktyabrın 7-dən 9-dək Yaponiyada keçiriləcək.

Mənbə: news.sportbox.ru

Share: