“Formula-1”: Mövsümün ilk yarışını Ferstappen qazandı

Niderlandlı “Red Bull” pilotu Maks Ferstappen bazar günü “Formula-1” üzrə 2023-cü il dünya çempionatının ilk turu olan Bəhreyn Qran Prisinin qalibi olub.

İkinci yeri digər “Red Bull” üzvü meksikalı Serxio Peres tutub.

İlk üçlüyü isə “Aston Martin” komandasından ispan Fernando Alonso qapayıb.

Formula 1-in növbəti mərhələsi martın 17-dən 19-dək Səudiyyə Ərəbistanında keçiriləcək.

Mənbə: TASS

Share: