“Foo Fighters” yeni barabançısını tapdı

ABŞ rok qrupu Foo Fighters keçən il Teylor Houkinsin ölümündən sonra yeni barabançılarını təqdim edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, qrup müğənni Deyv Qrolun dostu Coş Frizin qarşıdan gələn dünya turunda onlara qoşulacağını açıqlayıb.

Qeyd edək ki, Frizin qrupla debütü payızda Nyu-Hempşirdə baş tutacaq qlobal turun açılışında olacaq.

Xatırladaq ki, Houkinsin ölüm səbəbi açıqlanmayıb. Toksikologiya hesabatında onun bədənində opioidlər, marixuana və antidepresantlar da daxil olmaqla 10 maddənin izləri göstərilib.

Taylor Hawkins

Share: